Təbii fəlakətlər dünyaya 250 milyard dollar ziyan vurub | Banco.az

Təbii fəlakətlər dünyaya 250 milyard dollar ziyan vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Zəlzələlər və tufanlar dünya iqtisadiyyatını çətin vəziyyətdə qoyub.

Banco.az xəbər verir ki, təbii fəlakətlər 2023-cü ildə dünya üzrə 250 milyard dollar ziyana səbəb olub.

Dünyanın ən böyük təkrarsığorta şirkəti olan “Munich Re”nin hesabatına görə, 2023-cü ildə təbii fəlakətlər nəticəsində yaranan qlobal iqtisadi itki əvvəlki illəri üstələyib.

Belə ki, ötən il sığorta ilə əhatə olunmayanlar da daxil olmaqla təbii fəlakətlər nəticəsində dəyən ümumi itki 250 milyard dollar olaraq açıqlanıb. Ümumi sığorta zərəri isə 95 milyard dollar təşkil edib ki, 2022-ci ildə bu rəqəm 125 milyard dollar olub.

Qeyd edək ki, şirkətin hesabatında Türkiyə və Suriyadakı zəlzələlər, Avropa və ABŞ-dakı fırtınalar xüsusi vurğulanıb.

Hesabatda Şimali Amerikada fırtınalar nəticəsində təxminən 66 milyard dollar dəyərində aktivin məhv edildiyi, bunun 50 milyard dollarının sığortalandığı qeyd edilib. Avropada isə fırtına itkilərinin 10 milyard dollara çatdığı, bunun 8 milyard dollarının sığortalandığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə və Suriyada baş verən zəlzələlərin ümumi iqtisadi itkisinin təxminən 50 milyard dollara çatdığı bildirilib. Sığorta çərçivəsində zərərin 5,5 milyard səviyyələrində olduğu müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram