1459-1535-ci illərdə yaşamış alman bankir və tacir Jeykob Fugger bu gün yaşasaydı sərvəti Bill Qeyts, Varren Baffet, Karlos Slim və Mark Zukerberq kimi milyarderlərin sərvətlərinin cəmindən daha çox olardı. Bu məqalədə Banco.az sizi tarixin ən ağıllı bankiri ilə tanış edəcək.
Onun haqda məlumat paylaşan Wall Street Journal-nın jurnalisti Qreq Ştaymetz “Zəngin” ləqəbli Fuggerin sərvətinin hal-hazırkı hesablamalara görə 400 milyard dollar təşkil etdiyini bildirir.
Qreq onun haqda yazdığı kitabda Fuggeri dünyanın ən zəngin insanı adlandırmışdı. Əslində tarixin dərinliklərinə endikdə buna əmin olmaq olar.
Belə ki, renossans dövründə dünyanı 2 şəxs idarə edirdi: Roma imperatoru və papa. Çox qəribə də olsa, bu şəxslərin hər ikisini də həmin dövrdə bankir olan Fugger maliyyələşdirirmiş. Bu haqda məlumat Qreqin kitabında öz əksini tapmışdır. Onun çox tanınmamasının səbəbi kimi Fuggerin alman əsilli olmasıyla əlaqələndirilir. Bunun səbəbidir ki, bu şəxs haqda ingilis mənbələrində məlumat yoxdur.
Fugger tarixə istiqamət verən şəxslərdən biri olsa da heç bir saray və ya kilsə tikintisinə pul ayırmayıb, amma bunun əvəzində Almaniyanın şərqində yerləşən Auqsburqda sosial mənzil layihəsi, Fuggeraini qurmuşdur. Bu evlərdə yaşayan təqaüdçülər hələ də ildə sadəcə 1 dollar verməkdədir.
Həmçinin maraqlıdır: Nobel mükafatı almış iqtisadçılar kimlərdir?
Fugger tarixin gizli şəxsiyyətlərindən biri olsa da hal-hazırda mövcud olan dünya iqtisadiyyatına müəyyən təsirlər göstərmişdir.
İlk beynəlxalq iqtisadi fəaliyyət
Fuggerin zamanında zəngin və kəndli təbəqələşməsi qalmaqdaydı. Fugger verdiyi kreditlərin qarşılığında mədən kimi istifadə olunan yerlərin haqqını öz əlinə aldı və beləliklə, mis və gümüş ticarətini tamamilə ələ almış oldu. Bundan əlavə ədviyyat ticarətini də ələ almağa nail oldu. Bu isə öz növbəsində kapitalizmin ilkin təməllərini qoymağa başladı.
İlk xəbər xidmətini qurdu
Fugger məlumatın dəyərli olduğunu bilirdi və öz rəqiblərini qabaqlamaq üçün ən son xəbərləri hamıdan öncə bilmək istəyirdi. Bunun üçün o, fərqli şəhərlərdə fəaliyyət göstərən agentlərə siyasi və ticarət haqda xəbərlər qarşılığında pul ödəyirdi. Onun xələfləri də onun işini davam etdirib Fugger Qəzetini yaratdılar.
İlk əmanət hesabı açmağa nail oldu
Həmin dövrdə katolik kilsəsi faizə qadağa qoyduğu üçün banklarda faiz məsələləri problem olaraq qalmaqdaydı. Papa öz növbəsində Fuggerin müştərisi olduğu üçün bu qanunu qaldırması məsələsində onu razı saldı və beləliklə, Auqsburqdakı banka pul yatıran müştərilərinə illik 5 faizlik gəlir vəd etdi.
Həmçinin maraqlıdır: Rokfeller ailəsinin şəxsi zinət kolleksiyası satışa çıxarıldı - FOTO
Kəşflərə pul ayırdı
Kolumb Amerikanı kəşf etdikdə 33 yaşı vardı. Kəşflərin potensialının fərqində olan Fugger bu işdə öz gücünü göstərdi və həmin dövrdə Magellanın dünya ətrafında səfər xərclərinin bir qismini öz üzərinə götürdü. Əslində qərb bu siyasəti hələ də davam etdirməkdədir.
Protestant islahatlar
Fuggerin Vatikanla ortaq ortaya çıxardığı işlərdən biri də günahların əhvini satmaq fikri idi. Fugger insanların kilsəyə və dini inanclara nə qədər bağlı olduğunu çox yaxşı anlayırdı və bunu təklif etməkdə məqsədi St. Pietro kilsəsinin tikinti xərclərini qarşılamaq idi.
Nəcibə Yusifova, Banco.az