Bir çoxumuz, xüsusilə xanımlar taksit kartlardan demək olar ki, qopa bilmirlər. "Yavaş-yavaş ödəyərəm"i düşündükləri andan etibarən onlar potensial borclu sayıla bilərlər. Çünki, bu fikirdən sonra gələn addım hər hansı bir mağazaya getməkdir.
Buna görə düşünürəm biz qadınları qınamaq olmaz :)
Bəs taksit kartı ilə necə davranmaq lazımdır ki, sonda çətinlik çəkməyək?
banco.az olaraq sizə bir neçə ipucu vermək istərdik
1) Kart sayını azaldın
Hər kartın özünə xas avantajları var. Lakin, bütün kartlara sahib olmaq sizin ziyanınıza olduğunu unutmayın. Bir çoxları sırf kart sayını başqalarına göstərmək üçün kart sahibi olurlar. Ölkəmizdə taksit kartı sayı onsuzda çox deyil, amma hamsını bir əldə yığsanız inanın ki, əsil xaos yaşamış olarsınız.
2) Aybaay ödəmək fikrini unudun
"Aya 10 manat düşür" dediyiniz an bilin ki, səhv yoldasınız. Taksit kartı, 40 günə qədər faizsiz pul istifadə etmə imkanı verən bir ödəmə vasitəsidir, borclanma deyil!
Gəlirinizi bilib, elə hərəkət edin. Necə deyərlər, yorğanınızı ayağınıza görə uzadın. Taksit kartı ilə alacağınız məhsul sizə bu qədərmi vacibdir deyə düşünün.
3)Pulun qədər limitin olsun
Maaşın 500 AZN-dir, amma kartının limiti 1500-dür. Bu niyə rahatlıq hissi verir ki?
Bank sizə öz istədiyi limiti təyin edə bilər. O pul sizin deyil. Bunu unutmayın. Əgər "yox, mən dözə bilmərəm xərcləyərəm" deyirsinizsə, bankınızla danışın və limitinizi aşağı salın.
4)Təcili Yardım fondun olsun
Taksit kartları insanlarda dar gündə istifadə edərəm fikrini yaradır. Lazım olsa nağd pul çıxarmaq təbii ki, əlverişlidir. Lakin, niyə belə olmalıdır ki? Bir kənarda pul yığmağı bacarın. Kart hər zaman sizin yanınızda olmaya bilər.
5)Unutma!
Nəyi unudursan unut, amma kreditin son ödəniş tarixini unutma.
Və bir də devalvasiyanı. Xərclərinizi planlı edin. Çünki manatımızın başına daha nələrin gələcəyi sual altındadır. :)