“Starbucks”ın HR-direktoru namizəd seçimini necə edir? | Banco.az

“Starbucks”ın HR-direktoru namizəd seçimini necə edir?

Müsahibə əsnasında çətin iş təcrübəsi haqqında suallar namizədin öz səhvlərindən nəticə çıxarmaq istəyib-istəmədiyini aydınlaşdırmağa kömək edir. Bunu “The Learning Experience” şirkətinin İnsan Resursları üzrə baş vitse-prezidenti və “Starbucks”da İnsan Resurslarının keçmiş rəhbəri Treysi Uilk söyləyib. 

Bir iş görüşməsinin ən çətin hissələrindən biri çatışmazlıqlarınız və səhvləriniz barədə danışmaqdır. Bəzən sual klassik “Ən zəif cəhətiniz nədir?”, digər hallarda isə belə ola bilər: “Niyə son işinizdən azad olunmusunuz?” Uilkin müsahibə zamanı “indiyə qədər qazandığınız ən çətin iş təcrübəsi, habelə ondan öyrəndikləriniz haqqında danışın” deməsi çox gözləniləndir. 

Uilk erkən təhsil və uşaqlara qayğı sahəsi üzrə franşizaya əsasən fəaliyyət göstərən “The Learning Experience”də İnsan Resursları üzrə baş vitse-prezidentdir. Bundan əlavə, “Starbucks”, “Coach” və “rag & bone”da kadrlar şöbələrinə rəhbərlik edib. Treysi Uilk bildirib ki,  namizədlərdən ən çətin iş gününü soruşduqda son tarixi (deadline) ötürməyə və ya müdirlərinə etiraz etməyə meyllərini öyrənməyə çalışmır. Bu sualın əsl məqsədi vakant vəzifəyə iddia edən şəxsin təfəkkürünü yoxlamaqdır. 

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir 

Uilk qeyd edib ki, əgər namizəd yanlışa yol verdiyi işlər barədə rahatlıqla danışırsa, bu, yaxşı əlamətdir. Belə ki, yüksək səviyyədə özünüdərkə dəlalət edir. Uilk işaxtaranlardan xüsusilə də yaranmış situasiyadan necə çıxdıqlarını və bunun gələcəkdə onlara necə kömək etdiyini eşitmək istəyir. HR-direktor CV-də yazılanlardan daha çox namizədin öyrənməyə nə dərəcədə həvəsli olması ilə maraqlanır.  

Ən sərfəli kredit üçün müraciət et

“Bu insan şirkətə şəxsi praktikasını gətirə biləcəkmi, çevik innovasiyalara açıq olacaqmı? Namizədlərdə məhz buna diqqət edirəm”. 

Digər HR-rəhbərlər də “böyüyən düşüncə”nin uğurun açarı olduğunu vurğulayırlar. “Böyüyən düşüncə” termini psixoloq Karol Duek tərəfindən istedadların inkişaf etdiriləcəyinə inamı izah etmək üçün hazırlanıb (Bu, istedadların fitri olduğu və zamanla bir o qədər dəyişmədiyi fikrini müəyyən edən “sabit düşüncə”nin tam əksidir). Duek böyüməkdə olan düşüncə sahibi insanların uğur qazanmağa daha meylli olduğunu irəli sürdü. 

“Microsoft”un icraçı direktoru Satya Nadella Bloombergə açıqlamasında Duekin “Mindset: The New Psychology of Success” (“Zehniyyət: Müvəffəqiyyətin Yeni Psixologiyası”) kitabının ona işçiləri arasında düşüncə tərzinin vacibliyini vurğulamaq üçün ilham verdiyini deyib. “Microsoft”un HR meneceri Ketlin Hoqan “Geekwire”ə müsahibəsində deyib ki, şirkətin işçiləri otaqdakı ən ağıllı insanlar olduqlarını sübut etməməli, əksinə digərlərindən daha çox şey öyrənməyə çalışmalıdırlar. 

Həmçinin oxu: Münaqişə vəziyyətində “Tülkü” strategiyasını necə tətbiq etmək olar? 

Müsahibələrdə karyera təcrübənizdəki çətin iş situasiyaları haqqında söhbətə gələndə, uğursuzluqlarınız haqqında danışarkən çox səmimi görünməyinizdən narahat olursunuzsa, bu cür düşünməyi tərgidin.  

“Əslində bu, insanın özünəinamlı olduğunu göstərir. Mən riskə gedib uğursuzluqla üzləşən insana daha çox üstünlük verirəm, nəinki həmişə təhlükəsiz yol tutan birinə” deyə Treysi Uilk bildirib. 

Nigar Umaxanlı, Finco.az