Müəllif: Tamara Mustafayeva, Banco.az
İsrailin Qəzzaya hücumları səbəbiylə etiraz və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan "Starbucks"ın gəlirləri azalıb.
Banco.az xəbər verir ki, 31 mart 2024-cü ildə başa çatan üç aylıq dövrü maliyyə təqvimində ikinci rüb hesab edən ABŞ-ın qəhvə restoranları şəbəkəsi "Starbucks" balans hesabatını açıqlayıb.
Buna görə, şirkətin gəlirləri yanvar-mart ayları ərzində illik 2 faiz azalaraq təxminən 8,6 milyard dollara düşüb.
Bazar proqnozları şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyi istiqamətində idi.
Bu dövrdə artması gözlənilən "Starbucks"da mağaza satışları da 4 faizlə 2020-ci ilin sonundan bəri ilk dəfə azalma göstərib. Mağazalardakı intensivlik də 6 faiz aşağı düşüb.
Şirkətin ötən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı isə bu ilin eyni dövründə 68 sentə enib. Halbuki şirkətin səhm başına 79 sent mənfəət gətirəcəyi gözlənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!