Müştəriləri necə qorxutmamalı?
Azərbaycanda şirkətlərin mütləq çoxluğunun Facebook-da səhifələri var. Şirkətlər, marketoloqlar sosial şəbəkələrin gücündən yararlanmağa çalışırlar. Dünya markalarının sosial mediada irəliləyişində böyük təcrübəyə baxmayaraq, Azərbaycanda heç də bütün şirkətlər bundan düzgün istifadə etməyin yolunu bilmirlər. Hansı səhvləri etməmək və onlardan necə qaçmaq lazım olmasının yolları barədə Tactical Marketing Labs şirkətinin həmtəsisçisi Brett Relanderin məsləhətlərinin yararlı olacağını düşündük.
O, firmaların irəliləyişə nail olmasına kömək edir və internetdə müştərilərin reputasiyasının müdafiəsiylə məşğul olur. Brett digital-marketinq sahəsində 10 ildən çoxdur işləyir, Dallas Cowboys və IKEA kimi korporasiyalarla əməkdaşlıq edib. Texas Universitetində marketinq fənnini tədris edir.
Plansız marketinq
Sosial mediada irəliləyişlərə nail olmağın təməlində strategiyanın hazırlanması durur. Halbuki bir çox şirkətlər bunu etmirlər. Hədəfin dəqiq qoyulması lazımdır. Aşağıdakı bir neçə sualın cavablandırılması sizə plan hazırlamaqda yardım edəcək:
1. Niyə siz sosial mediadan istifadə etmək istəyirsiniz?
2. Sizin potensial auditoriyanız necədir?
3. Siz hansı məlumatları vermək istəyirsiniz və öz abunəçilərinizlə hansı üslubda ünsiyyət saxlayacaqsınız?
4. Sosial mediada irəliləyiş şirkətin başqa marketinq kommunikasiyalarıyla necə əlaqədə olacaq?
5. Sosial şəbəkələrdə səhifələri kim idarə edəcək: bir şəxs və ya qrup?
Çox aktiv irəliləyiş
Bir çox şirkətlər müştərilərin diqqətini cəlb etmək istərkən, həddən çox zəhlə tökürlər. Bu isə istifadəçiləri qıcıqlandırır. Yadda saxlamaq lazımdır ki, sosial media — bu, dialoqdur, monoloq deyil. Sosial medianın mahiyyəti insanlar arasında münasibətləri saxlamaqdır, alış-veriş etmək yox. Heç kəs alış-veriş etmək üçün sosial şəbəkəyə daxil olmur. Əgər siz insanların niyə sosial şəbəkələrdə «oturmasını» anlayırsınızsa, onda istifadəçilərlə necə ünsiyyət saxlamaq lazım olduğunu, hansı məzmunda informasiyanın sizin səhifənizdə görmək istədiklərini biləcəksiniz.
Nadir yeniləmə
Fəal şəkildə xəbərlər paylaşacağınıza əmin deyilsinizsə, Twitterdə mikrobloq və ya Facebookda səhifə açmağa tələsməyin. İşləməyən və ya bildirilmiş mövzuya uyğun gəlməyən hesab daha pisdir, nəinki sizin şirkətinizin Facebookda ümumiyyətlə səhifəsinin olmaması.
Şəxsi və korporativ
Bir çox sahibkarlar və kiçik biznes sahibləri üçün şəxsi və korporativ bloq arasında sərhədlər itib. Hər profilin təyinatını xatırlamaq və dəqiq fərqləndirmə etmək əhəmiyyətlidir. Biznes-bloqda öz şəxsi münasibətlərini bildirməkdə pis heç nə yoxdur. Amma bu səhifəni hansı məqsədlə yaratdığınızı həmişə xatırlayın.
Kiçik biznesin bir çox sahiblərinə o faktı qəbul etmək kifayət qədər çətindir ki, hamını razı salmaq mümkün deyil. Bir çox vəziyyətlər var ki, o anlarda siz sadəcə dərindən nəfəs almalısınız və kritik qeydləri cavablandırmalısınız. Kiçik şirkətin sahibi olaraq, siz öz biznesinizə çox bağlanmışsınız və tez-tez bu emosional bağlılıq səhv qərarların qəbuluna təhrik edir. Sizin deyəcəkləriniz və yazacaqlarınız bir neçə saniyə ərzində on minlərlə, hətta yüz minlərlə insana göndərilə bilər. Öz şirkətinizin müdafiəsini qurmaq üçün istənilən narazılığı qeyd edib, yadda saxlamalı və həmin narazılıqları cavablandırmalısınız.
Emosional qarşılıqlı təsir
Sosial mediada irəliləyiş onu nəzərdə tutur ki, istehlakçıyla hər qarşılıqlı təsir üçtərəfli xarakter daşıyır. Müştərilərlə münasibətlər sizin biznesiniz üçün daha əhəmiyyətlidir. Onlar üçün nəsə qeyri-adi və gülməli bir şey fikirləşin və siz də heyrət doğuran nəticələr görəcəksiniz.
Məsələn, «Zappos” şirkəti öz yeni müştərilərinə əvvəlcə onların səhifəsini „layk etməyi“ təklif edir və yalnız bundan sonra abunə olmaq olar. Like düyməsinin basılmasından dərhal sonra istifadəçi göndərilmə ünvanları olan səhifəyə yönləndirilir. Mənim internetdə gördüyüm ən yaxşı marketinq aksiyalarından biri müştərilərə firma qutusuyla şəkil çəkdirməyi təklif edən „Zappos”un “həftənin Fan-ı» müsabiqəsidir. Başqa istifadəçilər şirkətin divarında şəkli qoyulmuş istifadəçiyə səs verib, qalibi seçirlər.
İrəliləyişin yaxşı nümunələri arasında «Blendtec” şirkətinin virus marketinqini nümunə gətirmək olarlar. Bunu kiçikbüdcəli „Will it blend” şirkətinin marketinq direktoru Corc Rayt düşünüb və o, dərhal hit olub. “Youtube” kanalı üzrə yayılan videoda şirkətin icraçı direktoru Tom Dikson blenderdə „iPad”i, vuvuzelanı, kubik-rubiki, kəlləni və başqa yararsız şeyləri xırda qırıntılara qədər üyüdür. Bu video-çarxlar “Blentec”in satışlarını beş dəfə artırdı.
Daha heyrət doğurucu nəticələrə çatmaq da sizin gücünüz daxilindədir
Mənbə: kayzen.az