Son yarımildə tibbi sığorta haqları necə dəyişib? | Banco.az

Son yarımildə tibbi sığorta haqları necə dəyişib?

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

Bəs sağlamlığımızı qorumaq üçün tibbi sığortaya nə dərəcə əhəmiyyət veririk?

Banco.az 2019-cu ilin birinci yarımilində könüllü tibbi sığorta haqlarını araşdırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qrafikdən də göründüyü kimi yanvar ayından etibarən sığorta olunanın sığortaçıya ödədiyi haqlar azalır. Birinci ayda 45 604 min manat olsa da, növbəti ayda 7 dəfədən çox azalmışdır. Hər növbəti ay bu məbləğin azalması tibbi sığortaya olan marağın azalmasının göstəricisidir.

Həmçinin bax: Sığorta haqları və ödənişləri nə qədərdir - 2019-cu il I yarımil

Tərlan Qəhrəmanova, banco.az