Son günlərdə ən çox dəyər qazanan coin - Zilliqa | Banco.az

Son günlərdə ən çox dəyər qazanan coin - Zilliqa

Zilliqa kriptovalyutalar arasında çox da məşhur ad deyil. Ancaq sözügedən coin son günlər ərzində xüsusi dəyər qazanmağı bacardı. Son 24 saatda ən çox artan kriptovalyutalardan olan Zilliqa 23% yüksəldi.

Onun daha bir üstünlüyü həftəlik performansıdır. İlk 25-likdə yer alan coinlər arasında ən çox dəyər qazanan coindir.

Zilliqa ilə yanaşı, həftə ərzində artım göstərən digər kriptovalyuta IOTA-dır. Hazırda 2.31 dollardır.

Zilliqa-da yaşanan yüksəliş onu həftə içində 0,10 dollardan 0,160988 dollara çıxarıb. Coinin əməliyyat həcmi isə 1,1 milyard dolları keçib. Hazırda Zilliqa 22-ci sırada qərarlaşan kriptovalyutadan əməliyyat həcminə görə yalnız 100 milyon dollar geridədir.

Yaşanan artımdan sonra təbii ki, spekulyasiyalar da başladı. Şirkət “Zilliqa Air Drop”-un gündəliyində heç bir şəkildə olmadığını ifadə edib. Coin sahibləri bu müstəvidə məlumatlandırılıb. Xüsusən, cüzdan açarlarını və ya birja şifrələrini paylaşmamaları haqda investorlara müraciət edilib.

Artımdan məmnun olan bir “Twitter” istifadəçisi Zilliqa-ya pul qoyduğu gün pensiyası ilə investisiya yerləşdirdiyini unutduğunu bildirərək qazancından yaşadığı sevinci dilə gətirib. Digər istifadəçi bunları bildirib:

“Çoxlu təşəkkür mesajları alıram. Son saatlarda çoxları nə zaman satış reallaşdıracağımı soruşur. Bir daha demək istəyirəm, hazırda bu haqda düşünmürəm. Bu artım Zilliqa üçün başlanğıcdır. Satacağım vaxt sizi də xəbərdar edəcəm”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az