Artıq bir müddətdir ki, Azərbaycanda avtomobillərin icbari qaydada sığortalanmasına görə cərimələr artırılıb. Ekspertlər hesab edir ki, cərimələrin artırılması vətəndaşların sığortadan yayınmasının qarşısını alacaq, eləcə də bu addım sığorta yığımlarının artması ilə nəticələnəcək. Bəzi ekspertlər isə düşünür ki, cərimələrin artırılması əsas çıxış yolu deyil. Bu sahə üzrə ürəkaçan nəticələrin əldə olunması üçün təkcə cərimələrin artırılması ilə kifayətlənməməli, eyni zamanda sürücülər arasında maarifləndirmə işləri də aparılmalıdır.
Məsələ ilə bağlı daha ətraflı məlumatı aşağıdakı süjet vasitəsilə izləyə bilərsiniz:
Sevinc İbadova/Banco.az