Sığorta şirkətinin lisenziyası ləğv edildi | Banco.az

Sığorta şirkətinin lisenziyası ləğv edildi

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “Era Trans Sığorta” ASC-nin lisenziyasını ləğv edib.

Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında deyilir.

Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “Era Trans Sığorta” ASC-də aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar cəmiyyətə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

ASC lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, cəmiyyətə 2009-cu il iyunun 1-də sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilib.

azertag.az