Sığorta sahəsində gözlənilən yeniliklər | Banco.az

Sığorta sahəsində gözlənilən yeniliklər

Azərbaycanda sığorta sahəsində nəzərdə tutulan yeniliklər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icbari sığorta komitəsinin iclasında müzakirə edilib. ASA sədri Orxan Bayramov bildirib ki, iclasda Azərbaycanda ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzinin yaradılması, agentlərin keyfiyyət reyestrinin yaradılması, katastrofik risklərlə bağlı hovuzun yaradılması, həmçinin qanunvericilikdə əhalini və şirkətləri narahat edən məsələlərlə bağlı bəzi texniki dəyişikliklər müzakirə olunub.

ASA rəhbərinin sözlərinə görə, təlim-tədris mərkəzinin Assossiasiyanın nəzdində yaradılması nəzərdə tutulur. 

Ən sərfəli kredit üçün müraciət et

Sığorta agentlərinin keyfiyyət reyestrinin yaradılması məsələsi ətrafında da müzakirələr keçirilib. Orxan Bayramovun dediyinə görə, burda əsas məqsəd yaxşı və pis agentlərin müəyyən edilməsidir: “Əgər agent qəsdən mənfi hallara yol verirsə, bazar iştirakçıları bunu bilməli və həmin agenti tanımalıdırlar". Katastrofik risklərlə bağlı məsələ də geniş müzakirə olunub. Burda qanunvericiliyə ediləcək vacib dəyişikliklərdən söhbət gedir. Qanunvericiliyə bütün tərəfləri qane edən texniki dəyişikliklərin edilməsi təklif olunur. ASA rəhbərinin sözlərinə görə, bununla bağlı təkliflər toplanıb ümumiləşdirələcək və Maliyyə Nazirliyinə təqdim olunacaq.

Mənbə: fins.az