Sığorta şirkətləri sığorta haqlarının kreditlə ödənişi yolu ilə məhsullarının satışını həyata keçirə bilərlər.
Bunu jurnalistlərə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.
“Kredit məsələsi sığorta şirkətlərinin banklarla əməkdaşlığı nəticəsində öz həllini tapa bilər. Hazırda kredit kartlarına maraq artır, insanlar aldığı malın dəyərini hissə-hissə ödəyirlər. Ola bilər ki, insanlar kredit kartları ilə sığorta haqlarını ödəsinlər. Hətta, belə proses var, bir sıra sığorta şirkətlər bu istqamətdə fəaliyyət göstərirlər. Mənə elə gəlir ki, bu sığortalılaraın sayının və yığımların artmasına öz müsbət təsirini göstərər”,- Namiq Xəlilov bildirib.
fins.az