Sığorta məhkəmələri artıb - lider əvvəlki kimi "AZƏRSIĞORTA"DIR | Banco.az

Sığorta məhkəmələri artıb - lider əvvəlki kimi "AZƏRSIĞORTA"DIR

Bu həftə (10-14 mart 2014-cü il) məhkəmə mübahisələrinin əksəriyyəti ənənəvi olaraq vətəndaşların sığorta şirkətlərinə qarşı “sığorta pulunun ödənilməsi” ilə bağlı məhkəmə iddialarıyla bağlıdır. Bununla yanaşı, bəzi məhkəmə işlərində iddiaçı kimi sığorta şirkətləri çıxış edirlər. Bu həftənin rəsmi iş gününün sayı az – cəmi 4 gün olmasına baxmayaraq (martın 10-u qeyri-iş günü olub), sığorta işləri üzrə məhkəmələrin ümumi sayı ötən həftəkindən də artıq olub.
Ən çox məhkəməyə verilən sığorta şirkəti ötən həftə olduğu kimi Dövlət Sığorta Kommersiya Şirkətidir. Siyahıda “Atəşgah” Sığorta Şirkəti”ASC  ikinci olsa da, bu şirkətin keçən həftəki (3 məhkəmə işi) ilə müqayisədə 4 dəfə artıq məhkəmə prosesi yaşaması diqqət çəkir.

Bu həftə müddətində məhkəmədə tərəf olaraq iştirak edən sığorta şirkətlərinin tam siyahısı belədir:

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Sığorta Kommersiya Şirkəti – 111 məhkəmə işi
“Atəşgah” Sığorta Şirkəti”ASC – 12 məhkəmə işi
“Azsığorta" ASC – 5 məhkəmə işi
AXA MBASK Sığorta Şirkəti ASC – 4 məhkəmə işi
“Beynəlxalq Sığorta Şirkəti” ASC – 4 məhkəmə işi
“Standard İnsurance” Sığorta şirkəti  - 3 məhkəmə işi
“Meqa Sığorta” ASC – 2 məhkəmə işi
“Qarant Sığorta” ASC – 2 məhkəmə işi
“Xalq Sığorta” ASC – 2  məhkəmə işi
“A-Qroup Sığorta Şirkəti” ASC – 1 məhkəmə işi
“Rəvan Sığorta” ASC - 1 məhkəmə işi
“Buta Sığorta” ASC - 1 məhkəmə işi
“Alfa Sığorta” ASC - 1 məhkəmə işi

Mənbə: fins.az