Sığorta bazarında lider olan şirkətlərin adları açıqlandı | Banco.az

Sığorta bazarında lider olan şirkətlərin adları açıqlandı

Bu ilin yanvar-may aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “PAŞA Sığorta” şirkəti olub. Şirkət ilk 5 ayda 31 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında bildirilib.

Sonrakı yeri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 20,2 milyon manat, “PAŞA Həyat” şirkətində isə 19,5 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (17,4 milyon manat) və “AzSığorta” (15,1 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın yarıdan çoxu, yəni 55,2 %-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Azərqarant” (315 min manat), “Əmrah Sığorta” (306 min manat), “Era-Trans” (286 min manat), “Günay Sığorta” (97 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 1 milyon manatdan bir qədər çox olub və ümumi sığorta yığımlarının 1%-dən daha azını təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta ödənişlərinin həcminə görə də lider “Paşa Sığorta” şirkətidir - 11,1 milyon manat. Ödənişlərin həcminə görə sonrakı yerləri “Azərbaycan Sənaye Sığorta” (6,3 milyon manat), “Atəşgah Sığorta” (5,6 milyon manat), “Azərsığorta” DSKŞ (5,4 milyon manat) və "Azsığorta" (3,8 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi 32,2 milyon manat təşkil edir ki.

Ən az ödəniş edən şirkətlər isə “Azərqarant” (47,4 min manat), “İpək yolu” (40,4 min manat), “Günay Sığorta” (26,1 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (272 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 123 min manat olub ki, bu da ümumi ödənişlərin 0,2%-ni təşkil edir.

Mənbə: fins.az