Sığorta bazarı 11%-dən çox böyüyüb | Banco.az

Sığorta bazarı 11%-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 355,9 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 45,9% çoxdur.

2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,3 manat olub.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram