Sherlock Holmes kitablarından öyrənə biləcəyimiz 5 biznes davranışı! | Banco.az

Sherlock Holmes kitablarından öyrənə biləcəyimiz 5 biznes davranışı!

Ümumiyyətlə yəqin mənlə razılaşarsınız ki, biznes asanıqla öyrənilə bilinəcək bir sahə deyil . Hətta məşhur biznesmenlər belə biznes mühitini başa düşmək üçün milyonlarla kitab oxuyublar. Sadə dildə desək, ümumi tərifə görə biznes pul qazanmaq yoludur, amma pulu qazanandan sonra onu əldə saxlamaq da var. Hətta rusiyalıların belə bir sözü var , biznes qumara qoyulan pul kimidir, oyun qaydalarını düzgün bilməsən alt paltarını da itirərsən. 

Məsələ budur ki, dünyada nə qədər insan var ki, biznesi öyrənmək üçün pul tökür. Kursa gedir, hətta və hətta MBA oxuyur. Amma bir sözdə həqiqət var ki, biznes universitetdə öyrəniləcək bir sahə deyil. Elə olsaydı, orta balı yüksək olan bütün tələbələr biznesmen olardı. Biznes şəxsi təcrübədir, biznes davranışdır, yəni uzun sözün qısası biznes pul deyil, pulu qazanmaq üçün göstərdiyimiz davranışdır.

Bayaq qeyd etmişdim, bir çox insanlar biznesi kitablardan öyrənir. Yəni o kitabları nəzərdə tuturam, hər hansı bir biznesmenin şəxsi təcrübələrinə və karyerasına əsaslanıb. Bu gün haqqında bəhs edəcəyim şəxs isə biznesmen deyil, dedektivdir. Sözü gedən insan şotland yazarı Arthur Conan Doyle-ın yaratdığı obrazlardan ən məşhuru olan Sherlock Holmesdır. 

Həqiqətən də Sherlock Holmes obrazının elə davranışları var ki, əsl biznes mühitinə xasdır. Gəlin onlarla tanış olaq.

1) Qarşındakı şəxsin bütün incəliklərinə önəm vermək.

Düşünün, qarşınızda müştəri var və siz onun bütün detallarını yaxşı süzməlisiniz ki, məhsulunuzu ona sata biləsiniz. Yəni burada bəhs etdiyim detal onun nə rəng xoşladığını, necə tərzdə geyindiyini, hansı qiymət aralığında məhsul istədiyi və.s Sherlockun insanları yaxşı analiz etmə bacarığı bizə bu biznes davranışını xatırladır.

2) Lazım gələndə danışmağı, ehtiyac olanda susmağı bilməsi.

Ən sərfəli kredit üçün müraciət et

Bir biznesmen nə çox danışmalıdır, nə də ki az. Yerində danışmalıdır. Az deyib saz deməlidir. Çünki çox danışsa boşboğaz, az danışsa isə saymazyana olacaq. Eynən Sherlock Holmes kimi.

3) Düşünmək üçün özünə bir mühit tapmalıdır, bu ya musiqi dinləyərək ola bilər, ya da ki kitab oxuyaraq.

Sherlock düşünmək üçün skripkada ifa edirdi, yəni o düşünmə mühiti kimi musiqidən istifadə edir, ağlına yeni ideyalar gətirirdi. Təbii ki, sizin düşünmə mühitiniz fərqli ola bilər, amma yetər ki, düşünün :)

4) İş görməyəndə sıxılması, görəcəyi işdə maraq axtarması 

Yəqin kitablardakı Sherlock is bored ifadəsi yadınızdadır, Sherlock iş görməyəndə, həyatında maraqlı bir şey olmayanda sıxılırdı. İş adamları da işsiz dayana bilmir, həmişə maraqlı ideyalara yönəlirlər. 

5) Hər kəslə yaxın olması amma bir dostunun olması

Sherlockun həyatında tək güvəndiyi və dostluq etdiyi bir şəxs olub, o da Doctor John Watson. Biznes mühitində də belədir, hamı sənlə dostluq etsə də, sənə xoş üz göstərsə də güvəndiyin insan çox az olar.