Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 1 milyon barel azaldacaq.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı dövlətə məxsus “Aramco” şirkətinə xam neft hasilat gücünü gündəlik 1 milyon barel azaltmağı tapşırıb.
Bu barədə “Saudi Aramco” yazılı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Şirkət maksimum dayanıqlı tutumunu 13 milyon barelə çatdırma hədəfinə davam etməməklə sutkada 12 milyon barel səviyyəsində saxlamaq üzrə təlimat alıb.”
Şirkət 2023-cü ilin üçüncü rübü üzrə maliyyə balansında ümumi karbohidrogen hasilatının gündə 12,8 milyon barel neft ekvivalentinə çatdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!