Banco.az 2020-ci ilin mart ayı üçün sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb.
Qeyd edək ki, cədvəldə bankların 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri illik faiz dərəcələrini görə bilərsiniz. Bu siyahıya 10%-lə Amrahbank və NBCBank liderlik edir. Fevral ayı ilə müqayisədə mart ayı Muğanbank və Bank Respublika istisna olmaqla digər bankların faiz dərəcələrində dəyişiklik müşahidə olunmayıb. Muğanbankın əmanət faizləri ötən aya nisbətən 0.5% azalıb. Bank Respublikada isə martın 31-dək əmanət faizləri müddətin sonunda götürüldükdə 1% bonus əldə olunacaq. Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
№ |
Bank |
Faizlər aylıq götürülərsə, illik % |
Müddətin sonunda götürülərsə, illik % |
1 |
Amrahbank |
10 | 10 |
2 |
NBCBank |
10 | - |
3 |
AccessBank** |
9,5 | 10 |
4 |
Muğanbank |
9 | 9,5 |
5 |
AtaBank |
9 | 10 |
6 |
Günay Bank |
9 | 10 |
7 |
TuranBank |
8,5 | 9 |
8 |
AGBank |
8,5 | 9,5 |
9 |
Bank BTB |
8,5 | 9,5 |
10 |
Yelo (Nikoil) Bank |
8 | 8,5 |
11 |
Beynəlxalq Bank |
8 | 8,5 |
12 |
Bank Respublika* |
8 | 8,5+1 bonus |
13 |
Unibank |
8 | 8,5 |
14 |
Bank of Baku |
7,5 | 8 |
15 |
Bank VTB*** |
7,05/7,55 | 7,5/8 |
16 |
Rabitəbank**** |
7/8 | 7,5/8,5 |
17 |
Bank Avrasiya |
7 | 8 |
18 |
AFB Bank |
6,5 | 7 |
19 |
Expressbank |
6,5 | 7 |
20 |
Azər Türk Bank |
6,5 | 7 |
21 |
Kapital Bank |
6 | 6,5 |
22 |
ASB Bank |
6 | 7 |
23 |
Xalq Bank |
6 | - |
24 |
Ziraat Bank |
5,25 | 6,5 |
25 |
Bank Melli İran***** |
5 | 6 |
26 |
Yapı Kredi Bank |
4 | - |
27 |
Premium Bank****** |
- | 8 |
28 |
Naxçıvan Bank |
- | 4 |
* 31 mart 2020-ci il tarixinədək vəsaitlərini “Bank Respublika”da yerləşdirən və müddətin sonunda götürən müştərilərə əlavə +1%-dək BONUS hədiyyə ediləcək.
** Müştərinin istəyinə uyğun olaraq aylıq faizlərin məbləği cari hesaba və ya xüsusi ödəniş kartına (depozit kartı) köçürülə bilər.
*** Əmanətin məbləği 50 000 AZN / 30 000 USD / 2 000 000 RUB -dən çox olduqda aylıq və müddətin sonunda illik faiz dərəcəsi uyğun olaraq 7.55% və 8% hesablanır.
**** 30 000 AZN-dək illik faiz dərəcəsi 8% (8.5%), 30 000 AZN-dən çox olduqda isə illik faiz dərəcəsi 7% (7.5%) hesablanır.
***** Əmanətin minimum məbləği 5000 AZN-dir.
****** Premium Bankda əmanət yerləşdirmək üçün ilkin məbləğ 20000 AZN olmalıdır.
PAŞA Bankın müştəriləri üçün minimum əmanətin məbləği 20 000 AZN (regionlarda 15 000), digər müştərilər üçün isə bu hədd 30 000 AZN-dir (regionlarda 20 000). Faiz dərəcəsi isə əmanətin miqdarı, müddəti, faizlərin alınmasından asılı olaraq dəyişir.
Tərlan Qəhrəmanova, Banco.az