Sentyabr ayında cibimizə təsir edən əsas hadisələr | Banco.az

Sentyabr ayında cibimizə təsir edən əsas hadisələr

Tədris ilinin başlaması və “Qurban bayramının”, “Məkkə qurbanları” ilə yadda qalan sentyabr ayı azərbaycanlıların iqtisadi durumuna da təsirsiz ötüşmədi.

Yeni tədris ili

Ayın ilk 15 günlüyü yeni tədris ilinə hazırlıqla başladı. Şagirdlərin və tələbələrin xərclərinə sadəcə geyim və dərs ləvazimatları deyil, məktəb dövründə həm də getdikləri hazırlıqların (bir fənn üzrə 30-100 AZN) haqların, tələbləlik dövründə isə təhsil haqları, yol xərcləri və s daxildir. Məsələn, əgər hər hansı bir rayonda yaşayan şagird BDU-nun tələbəsi olubsa, onun xərcləri sırasına Bakıda yaşamaq məsrəfələrini də daxil etmək olar  - müxtəlif kirayə haqları, geyim, baxım, qidalanma və s.

Bu xərclərin əsası sentyabr ayında qoyulsa belə onlar il ərzində ya ən azı 9 ay davam edəcəkdir.

Təhsil haqqını ödəmək üçün kredit yükü altında girənlər isə, yəqin ki, növbəti bir il ərzində bu yükü daşımalı olacaqlar.

2016-ci ildə büdcədə neftin qiyməti

Həmçinin sentyabrın 14-də gələn il üçün büdcədə neftin satış qiymətinin müəyyənləşməsi ilə yadda qaldı. 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.

Yeni ixtisarlar dalğası

Ən sərfəli kredit üçün müraciət et

Bunu daha öncəki aylarda ekspetlər öz proqnozlarında bizimlə bölüşürdü. Beləliklə sentyabr ayında Bank Republika, Bank of Baku, Bank olmayan kredit təşkilatı FİNCA satış kanalların optimallaşdırılmasına keçid etdilər.

Təbii ki, filialların azalması həm də özü ilə müəyyən ixtisarlar gətirir, bunu danmaq olmaz.

Amma ixtisarlar təkcə maliyyə sektorunda deyil, həm də neft və dövlət sektorunda müşahidə edilir.  Məsələn, “Qafqazinfo”-nun məlumatına görə Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb və 140 nəfər əməkdaş işdən azad edilib.

Qurban Bayramı

Bütün bayramlar – əsasən istehlakın artımına xidmət edir, yəni bazarda tələbi arıtır və insanların adi günlər ilə müqayisədə daha çox xərcləməsinə səbəb olur.  Mahiyyət baxımından Qurban bayramı paylaşmanı təbliğ etsə də, bu bayram da quzu və dana ətinə olan tələbi artırır. Beləliklə bu ayda kimlərsə 50-150 AZN-indən keçib, aldığı qoyun-quzu əti ümidlə deyirik ki, kasıblar ilə paylaşdı (bunu böyük bir ümidlə deyirik, çünki əksər hallarda bu kəsilən qurbanlardan olan paylar elə dost-tanışa və qohumlara qismət olur).

Biz qrup zəvvar da öz pulundan və və vaxtında keçərək Məkkənin ziyarətinə getdilər. Gedənlərin sağ-salamat dönməsi ümidi ilə...

Manatın dollara və avroya qarşı məzənnəsi

Sentyabr ayında manatın dollara qarşı məzənnəsi demək olar ki, sabit olub və manat öz dəyərini daha çox avroya münasibətdə dəyişib.