Sənaye mənfəətləri artan Çində deflyasiya narahatlıqları davam edir | Banco.az

Sənaye mənfəətləri artan Çində deflyasiya narahatlıqları davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabrda Çinin əsas sənaye şirkətlərinin mənfəəti artıb.

Banco.az xəbər verir ki, Çində ötən ay deflyasiya narahatlıqları ilə mübarizə aparan iqtisadiyyatı dirçəltməyə yönəlmiş bir sıra stimullaşdırıcı tədbirlərin köməyi ilə sənaye mənfəəti kəskin şəkildə artıb.

Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, mənfəət kəskin surətdə sürətlənib və əvvəlki illə mqayisədə 29,5 faiz artıb.

Milli Statistika İdarəsi bildirib ki, şirkətlər noyabr ayında investisiyalardan böyük gəlir əldə ediblər və bu, onların gəlirliliyini daha da artırıb. İdarə həmçinin Çinin sənaye mənfəətinin ilin ilk 11 ayında əvvəlki ilə nisbətən 4,4 faiz azaldığını da açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvar-oktyabr dövründə isə 7,8 faiz azalma müşahidə olunub. Noyabrda özəl şirkətlərin mənfəəti isə 1,6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram