“SegWit2x” geri qayıdır! | Banco.az

“SegWit2x” geri qayıdır!

Bitcoin-in böyük müzakirələrə səbəb olan “SegWit2x” hard forku layihənin rəsmi saytındakı məlumata görə, 27 dekabrda öz yoluna davam edəcək.

Uzun zaman müzakirə və mübahisələrə səbəb olmuş “SegWit2x” layihəsi noyabr ayında ləğv olunmuşdu, ancaq layihə 2 gün ərzində 501451 blokda reallaşacağını bildirib.

Layihənin qurucusu Yaap Terlou hard forkun Bitcoin şəbəkəsindəki komissiya və əməliyyat sürətinə hesablandığını bildirib.

Hard forkun reallaşacağına dair məlumat həm layihənin saytındakı yol xəritəsində Terlounun çıxışından qaynaqlanır:

Ən sərfəli kredit üçün müraciət et

“Komandamız Noyabr ayının ortalarına planlaşdırılan Bitcoin hard forkunun inkişafına davam edəcək”.

Hard forku dəstəkləyən 8 birja var. Layihənin yol xəritəsində “Lightning Network”-un dəstəklənməsi öz əksini tapıb.

Fork mövsümü

Ötən 6 həftə ərzində avqusta formalaşan digər Bitcoin forku Bitcoin Cash qazandığı qiymət artımı ilə, əməliyyat sürəti və ödənişi mövzusunda Bitcoin-ə olan üstünlüyü ilə kriptovalyuta sektorunun ən çox danışılan xüsusiyyətlərindən birinə çevrilib.

Layihənin geri qayıdacağına dair ilkin ipucları dekabrın 19-da gəlib. Bu vaxt “B2X”-in müddətli əməliyyat qiymətləri 200 dollardan 600 dollaradək artıb.

Mənbə: kripto.az