Samir Şərifov: "Manatın daha da bahalaşmasına təzyiqlər mövcuddur" | Banco.az

Samir Şərifov: "Manatın daha da bahalaşmasına təzyiqlər mövcuddur"

2017-ci il Azərbaycanda iqtisadi baxımdan sabitləşmə ili kimi yadda qalacaq.

"Renkinq" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu il hökumət daha çox ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı xarici şokların təsiri ilə yaranmış problemlərin həlli ilə məşğul olub və makro-iqtisadi vəziyyətin sabitləşməsinə səy göstərib: "Artıq görülmüş tədbirlər nəticə verib və 11 aylıq statistika göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib. Azərbaycanın iqtisadi vəziyyəti əvvəlki illərlə müqayisədə daha sabitdir".

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, milli valyutanın məzənnəsi ilin əvvəli ilə müqayisədə 3,4%, fevral ayına nisbətən isə 10%-dən çox bahalaşıb: "Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir".