Müəllif: Tamara Mustafayeva, Banco.az
“Louis Vuitton”un yeni əl çantası sadəcə mikroskopla görünür.
Banco.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “MSCHF” adlı incəsənət kollektivi məşhur geyim brendi “Louis Vuitton”un “OnTheGo” çantasını elə kiçildib ki, onu yalnız mikroskopla görmək mümkündür.
Çantaya daha yaxından nəzər saldıqda məlum olur ki, bu kiçik çanta əslində 657 x 222 x 700 mikrometr ölçüləri olan “Louis Vuitton OnTheGo” çantasının nüsxəsidir.
Qeyd edək ki, çanta xüsusi olaraq “Colette” Kreativ Direktoru Sarah Andelmanın kuratorluğu ilə “Pharrell's Joopiter” auksion evində keçiriləcək "Just Phriends" satışı üçün hazırlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!