Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər minimuma enib | Banco.az

Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər minimuma enib

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya büdcəsində neft və qaz gəlirlərinin payı 2007-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, bu Hesablama Palatasının məlumatlarında öz əksini tapıb.

Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında neft və qazın satışından əldə olunan gəlirlər 28,3 faiz azalıb. 

Hesablama Palatasının analitikləri neft və qaz gəlirlərinin azalmasını faydalı qazıntıların hasilatı vergilərindən (MET) və enerji resurslarına ixrac rüsumlarından daxilolmaların azalması, həmçinin Urals markalı neftin orta qiymətinin bir barel üçün 82,9 dollardan 55,9 dollara enməsi ilə izah ediblər. Həmçinin digər  səbəb neft sənayesində vergi manevrinin davam etdirilməsi və yataqların əlavə gəlir vergisinə (AİT) keçməsi olub.

2024-cü il və 2025-2026-cı illər üçün planlaşdırılan büdcə layihəsinə əsasən, Rusiyanın  gələn il neft və qaz gəlirləri onun gəlirlərinin 32,8 faizini təmin edəcək. Bir il ərzində onların payı 35 faizə yüksələcək, 2026-cı ilə qədər isə 33,5 faizə enəcək. Əlavə neft və qaz gəlirlərinin proqnozlaşdırılan həcmi 1,8 trilyon rubl həcmində qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram