Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu il boru kəməri ilə Çinə 22 milyard kubmetr təbii qaz göndəriləcək.
Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiya Şurasında çıxışında ölkəsinin enerji sektoru ilə bağlı qiymətləndirmələr edib.
Novak Rusiyanın yanacaq-energetika sektorunda texniki avadanlıq idxalında xaricə asılılığı azaltdıqlarına diqqət çəkib.
“Texnoloji suverenlik məsələsi haqqında danışmaq istəyirəm. Biz buna yanacaq-energetika sektorunda səmərəli şəkildə nail oluruq. Son 10 ildə sənayenin idxaldan asılılığını 67 faizdən 38 faizə endirə bilmişik”, deyə nazir müavini bildirib.
Rusiyanın ötən həftə benzin ixracı qadağasını ləğv etdiyini xatırladan Novak dizel ixracına qoyulan qadağanı da tezliklə aradan qaldırmağı planlaşdırdıqlarını dilə gətirib.
Novak Rusiya qazının Çinə nəqli ilə bağlı isə "Bu ildən etibarən 22 milyard kubmetr həcmə çatmağı planlaşdırırıq. Nəticədə Çinə təbii qaz nəqlinin ümumi həcmi təxminən 100 milyard kubmetrə çatacaq”, deyə bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!