Müəllif: Gülnar Əhmədli, Banco.az
Rusiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 829 milyon 410 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə (1 milyard 437 milyon 926 min dollar) azdır.
Qeyd edək ki, cari ilin 9 ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 64.8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!