Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyada "Deutsche Bank" və "Commerzbank"ın 332,7 milyon avro dəyərində aktivlərinə həbs qoyulub.
Banco.az xəbər verir ki, Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi "Qazprom"a məxsus "RusHimAlyans" şirkətinin iki Qərb bankına qarşı qaldırdığı işə baxıb.
Məhkəmə qərarı ilə "Deutsche Bank"a məxsus 239 milyon avro və "Commerzbank"a məxsus 93,7 milyon avro dəyərində aktivlər barəsində bloklanma qərarı verilib.
Məlumata görə, sözügedən aktivlər qiymətli kağızlar, daşınmaz əmlak və bankların hesablarındakı vəsaitlərdən ibarətdir.
Qeyd edək ki, dünən isə Rusiyada "UniCredit"ə məxsus 463 milyon avro dəyərində aktivlərə qarşı ehtiyat tədbiri tətbiq edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!