Rusiya Türkiyədəki qaz mərkəzinin tikintisi üçün tarixi açıqlayıb | Banco.az

Rusiya Türkiyədəki qaz mərkəzinin tikintisi üçün tarixi açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Baş nazirinin müavini Novak Türkiyədəki qaz mərkəzinin 2024-cü ildə qurulmasını gözlədiklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət kanalı “Rossiya 24”ə müsahibəsində enerji sektorunda baş verən hadisələrlə bağlı açıqlamalar verib.

Bu zaman o, Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı da aşağıdakı qiymətləndirmələri edib.

“Biz münasib yol xəritəsini hazırlamaq üçün tərəfdaşlarımızla razılığa gəlmişik və bu da yaxın günlərdə təsdiqlənəcək. Sözügedən yol xəritəsi çərçivəsində layihənin icrasına başlayacağıq. Layihənin icrasına 2024-cü ildə başlayacağımıza ümid edirik.”

ABŞ-ın sanksiya siyahısına daxil edilən Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihələrindən biri olan Arctic LNG 2-dən də danışan Novak layihədə daşımaların 2024-cü ilin ilk rübündə başlayacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Novak həmçinin əlavə edib ki, gələn il "Brent" markalı neftin barel qiyməti 80-85 dollar arasında dəyişə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram