Rusiya banklarının xalis mənfəəti, 2018-in yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq 901 milyard rubla enib.
Rusiya Mərkəzi Bankı, 2017-nin yanvar-avqust dövrdə 997 milyard rubl təşkil etmiş Rusiya banklarının xalis mənfəətinin bu ilin eyni dövründə 901 milyard rubla (təxminən 13,2 milyard dollar) gerilədiyini açıqlayıb.
Rusiya banklarının avqust ayında xalis mənfəəti isə 124 milyard rubl səviyyəsində olub. Bank sektorunda davam edən "maliyyə reabilitasiya"sına görə mənfəətin azaldığı qeyd edilib.
Marja.az