"Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır" – Müsahibə | Banco.az

"Restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi üç dəfəyədək azalır" – Müsahibə

Restrukturizasiya prosesin müştəriyə verdiyi əsas üstünlük onun aylıq ödənişlərinin minimuma salınması və kredit tarixçəsinin yenilənməsidir. Unibank müştərilərinin bir hissəsiartıq kreditlərini restrukturizasiya edib. Bu haqda “Unibank” KB-nınSatış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədovbildirib..

 

  • “Unibank”da restrukturizasiya prosesi necə gedir?

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının icrasıUnibank üçün ilk gündən əsas prioritet məsələ olub. Bank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa çatdırdı. Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirildi.Kompensasiya ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin icrasına- fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı proseslərə başladıq. Fərmanı əhatə edən müştərilərimizin bir hissəsinin kreditləri  artıq restrukturizasiya edilib. İndiyədək restrukturizasiya olunan kreditin həcmi 19 milyon manata yaxındır. Müştərilər filiallara dəvət edilərək, çox qısa vaxt ərzində  restrukturizasiya müqaviləsi bağlanır. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.

 

  • Restrukturizasiya prosesi müştəriyə hansı üstünlükləri verir?

Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Yeni kreditmüqaviləsinə görə, birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük onun, aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi vəkredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq aylıq 1-14manatlıq ödəniş edir.Kreditini artıq restrukturizasiya etmiş iki müştərimizin nümunəsində prosesin müştərilərin kredit yüklülüyünü nə qədər azaltdığına baxaq: Restrukturizasiya prosesi nəticəsində müştəri C. Həsənovun  583 AZN faiz borcu silinib. Prosesdən əvvəl müştərinin aylıq ödənişi 806 AZN təşkil edirdi.  İndi 1-ci il ərzində 12 manat ödəyəcək. İkinci ildən isə müştərinin aylıq ödənişi 296 manat olacaq.  Yəni restrukturizasiyadan əvvəlki dövrlə müqayisədə müştərinin aylıq ödənişi 3 dəfəyə yaxın azalırvə borcunun 583 AZN-lik hissəsi silinir. Bu da təbii olaraq əvvəllər kredit yüklülüyündən əziyyət çəkən müştərinin dirçəlməsinə səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Digər nümunə: Fərman verilən tarixədək Həsənova soyadlı müştərimizaylıq 318 AZN ödəniş edirdi. Restruktrizasiya proqramına düşdüyündən, müştərinin 2137 manat faiz və cərimə borcu fərmana əsasən bağışlandı. Yəni müştəri yeni kredit müqaviləsinə imza atanda, 2137 manat borcu artıq silinmiş oldu. Müştərinin qalan əsas borcu 5589 manat 60 aya cəmi 1%-lə yeni kredit müqaviləsi əsasında rəsmiləşdirildi. İlk 1 ildə müştərinin aylıq ödənişi 5 manatdan da az edir. 13-cü aydan başlayarq isə hər ay 119 manat kredit ödəyəcək. Restrukturizasiya təkcə bu müştərinin aylıq ödəniş məbləğini 3 dəfəyə yaxın azaltdı.

Fərmana əsasən, krediti restrukturizasiya olunan hər bir müştəri istər ümumi borclarının, istərsə də aylıq ödənişlərinin dəfələrlə azalmasında bu prosesin əhəmiyyətini görəcək. Prosesin müştərilər üçün daha bir üstünlüyü isə kredit tarixçəsinin yenilənməsidir. Fərmanın ikinci mərhələsinin əhatə etdiyi müştərilər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit tarixçəsi tamamilə təmizlənir və müştərinin kredit götürmək imkanı yaranır.

 

  • Bəzi müştərilər kredit ödənişinin 5 il davam edəcəyini düşünüb restrukturizasiyaprosesində maraqlı olmurlar. Kreditlərini daha tez ödəmək istəyirlər. Bununla bağlı hansısa məhdudiyyət varmı?

- Xeyr, heç bir məhdudiyyət yoxdur. Restrukturizasiya zamanı kredit müqaviləsi 5 il müddətinə bağlanır. Amma müştəri istəyərsə, kreditini bir neçə aya da bağlaya bilər. Fərmanla restrukturizasiya müqaviləsinin 5 il bağlanması müştərinin aylıq ödənişinin az olması,  müştərinin bu cüzi məbləği ödəyən zaman çətinlik çəkməməsi üçündür.

 

  • Proses nə zaman bitəcək?

31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən,ötən müdddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar. Bu həmin müştərilərinin aylıq kredit öhdəliklərinin azalması vətarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edirik.