Rənglərin biznes dünyasında gücü: Müştərilərin fikri o dəqiqə dəyişə bilər | Banco.az

Rənglərin biznes dünyasında gücü: Müştərilərin fikri o dəqiqə dəyişə bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər hansı bir müştəri müəssisəyə girməzdən əvvəl kənardan gördüyü rənglər ona təəssürat yaratmağa imkan verir. 

Əgər müştərinin uzun müddət biznesdə qalmasını istəyirsinizsə, ağ rəng və tonlardan istifadə edə bilərsiniz. 

Banco.az biznesdə rənglərin mənaları haqqında olan məqaləni təqdim edir:

Yaşıl rəng ümid mənasını daşıyır. Bu rəng bəzi ölkələrdə pisliyi ifadə edərkən, Azərbaycan və ətraf bölgələrdə yeniliyin və islamın rəngidir.

Mavi rəng etibarı və sədaqəti tərənnüm edir. Bu rəngdən xüsusilə bankçılıq və təmizlik məhsullarında istifadə olunur. İnsanlar mavi rəngin istifadə edildiyi mühitlərdə özlərini təhlükəsiz hiss edirlər.

Liderlik və güc simvolu olan qırmızı rəng  istifadə olunduğu sahədə qırmızının üstünlüyünü ifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Sarı rəng diqqəti və xoşbəxtliyi tərənnüm etdiyi üçün gündəlik həyatda bir çox istifadə nümunələrini görə bilərsiniz. Marketlərdəki rəflərdəki digər məhsullardan fərqlənmək istəyən brendlər sarı rəngdən istifadə edir.

Narıncı rəng xüsusilə sakitləşdirici və enerjini hiss etdirməsi iə diqqət cəlb edir. "Nike" markasının ayaqqabı qutuları üçün narıncı rəngdən istifadə etməsi hərəkətə keçmək mənasını daşıyır.

Neytral rəng olan qaranın müsbət mənası ilə mənfi mənası bərabərdir. Ümumiyyətlə ağ və parlaq rənglərlə lüks mağazalarda istifadə olunur. Bu, "Mercedes" markalı avtomobillərdə və dövlət orqanlarının avtomobillərindəki gücü ifadə edir.

Ağ rəng xüsusilə təmizlik və gigiyenanı xatırlatmaq mənasında səhiyyə sektorunda istifadə edilir. 

Biznesdə qadınlıq və zəriflik tərənnüm ediləcəksə orada çəhrayı rəngin çalarlarından geniş istifadə olunacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et