Regionların kreditləşməsi 19% azalıb | Banco.az

Regionların kreditləşməsi 19% azalıb

Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 461,4 mln. manat və ya 18,87% azalaraq 2018-ci il yanvarın 1-nə 1 984 465,5 min manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,88%-i bölgələrin payına düşüb. Bu da kreditləşmədə regionların xüsusi çəkisinin ötən ilin eyni dövrü ilə müqayisədə 2,01 faiz bəndi artması deməkdir.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (471,8 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,7%) bu regionda müşahidə olunub.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11,758 mlrd. manat təşkil edib və bunun 9,773 mlrd. manatı və ya 83,12%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8% təşkil etdiyi halda, Bakıda 10,3% olub, regionlarda isə 8,6-22,7% arasında dəyişib.a