RBS bankı ABŞ-a 100 milyon dollar cərimə ödəyəcək | Banco.az

RBS bankı ABŞ-a 100 milyon dollar cərimə ödəyəcək

Şotlandiyanın bankı ABŞ-ın sanksiya qoyduğu ölkələrin vətəndaşlarına məxsus olan yüz milyonlarla dolları gizli yolla sahiblərinə ötürüb

Şotlandiyanın “Royal Bank of Scotland” bankı ABŞ-ın İran, Sudan, Kuba və Meksikaya etdiyi sanksiyalara görə bu ölkəyə 100 milyon dollar cərimə ödəyəcək. 

ANS PRESS-in “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, aparılan araşdırma nəticəsində məlum olub ki, 2005-ci ildən 2009-cu ilədək RBS bankı ABŞ-ın sanksiya qoyduğu ölkələrin vətəndaşlarına məxsus olan yüz milyonlarla dolları gizli yolla sahiblərinə ötürüb. Artıq problemin həlli ilə bağlı RBS bankı ABŞ hakimiyyəti ilə çərçivə sazişi imzalayıb. 

Sazişə görə cərimə məbləğinin ödəniləcəyi halda RBS bankı ABŞ tərəfindən məhkəməyə verilməyəcək. Avropanın bir çox bankları da anoloji halla üzləşib, artıq “Standard Chartered” və “HSBC” bankları öz cərimə pullarını ABŞ hakimiyyətinə ödəyib.

Ən sərfəli kredit üçün müraciət et

anspress