Rabitəbank İŞÇİ axtarır! - VAKANSİYA | Banco.az

Rabitəbank İŞÇİ axtarır! - VAKANSİYA

“Rabitəbank” ASC  İnsan Resursları Departamentinə Könüllü Təcrübəçi qəbulu elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Tələblər:

  • Azərbaycan və Rus dili biliyi;
  • Yaxşı ünsiyyətqurma qabiliyyəti;
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi;
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Təşkilatçılıq, koordinasiya qabiliyyətini inkişaf etdirmək istəyi;
  • 9:00-18:00 qrafiki ilə təcrübə proqramında iştirak etmək imkanı.

 

Ən sərfəli kredit üçün müraciət et

Təcrübə proqramını uğurla bitirən Könüllüyə Rabitəbank tərəfindən sertifikat təqdim ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “HR-Təcrübəçi” göstərməyiniz xahiş olunur. 

Əlaqəvasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakışəhəri, AZ 1010, 28 May küçəsi 33