Rabitəbank bütün nağdsız əməliyyatlar zamanı konvertasiya faizini 0-a endirdi! | Banco.az

Rabitəbank bütün nağdsız əməliyyatlar zamanı konvertasiya faizini 0-a endirdi!

Artıq manatla bütün yollarınız açıq olacaq!

Rabitəbank daha bir yeniliklə müştərilərinin qarşısındadır. Bank bu dəfə Azərbaycandan kənardakı bütün fiziki və onlayn nağdsız əməliyyatlar zamanı konvertasiya faizlərini tamamilə ləğv edərək 0%-ə endirib. Rabitəbank bu yeniliklə müştərilərin sahib olduqları kartlardakı valyutadan fərqli olan müxtəlif digər valyutalarla, konvertasiya faizi ödəmədən əməliyyatlar edə bilməsini təmin edir.

Yenilik sayəsində artıq müştərilər sahib olduqları AZN və ya digər valyutalı MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum və MasterCard Balck Edition kartları ilə Aliexpress, Ebay, Amazon kimi məşhur e-ticarət platformaları da daxil olmaqla bütün platformalardan heç bir əlavə xərc olmadan ödənişlərini həyata keçirə biləcəklər.

İndiyə qədər müştərilər əməliyyatlar apararkən əgər sahib olduqları kartın valyutası etdikləri əməliyyatın valyutasından fərqli olardısa, bu zaman müəyyən konvertasiya faizləri ödəməli olurdular. İndi isə artıq konvertasiya əməliyyat məlumatlarının hesabdan silindiyi günə uyğun olaraq Mərkəzi Bankın məzənnəsi ilə aparılır və heç bir əlavə faiz hesablanmır.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank bu yeniliyin mahiyyətini daha dəqiq və aydın izah etmək üçün xüsusi video-çarx da təqdim edib:

Bankdan verilən məlumata görə izahedici video-çarxlar seriya şəklində davam etdiriləcək.

Təqdim olunan yenilik və onun şərtləri ilə bağlı daha ətraflı məlumat almaq və 0% konvertasiyalı MasterCard kartlarını birbaşa onlayn sifariş etmək üçün http://bit.do/0-konvertasiya-kartlari linkinə keçid edin və ya 133 qısa nömrəsinə zəng edin.