Qlobal smartfon bazarında iki ildən sonra artım müşahidə olunub | Banco.az

Qlobal smartfon bazarında iki ildən sonra artım müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal smartfon bazarında iki ildən sonra böyümə müşahidə olunub.

Banco.az xəbər verir ki, qlobal smartfon bazarında iki ildən sonra oktyabr ayında artım qeydə alınıb.

“Counterpoint Research” məlumatına görə, dünya üzrə smartfon bazarı inkişaf etməkdə olan bazarlardakı bərpanın təsirindən ötən ay nəhayət ki, böyüyüb.

Məlumatlar qlobal aylıq smartfon satışlarının 5 faiz artdığını göstərir ki, bununla da oktyabr 2021-ci ilin iyun ayından bəri illik artımın qeydə alındığı ilk aya çevrilib.

Artımda böyük rolu olan “Huawei”in Çində smartfon satışları üçüncü rübdə 37 faiz artaraq güclü artım göstərib.

“Counterpoint” öz hesabatında qlobal smartfon satışlarının son iki ildə təzyiq altında olduğunu, gəlir çətinlikləri, ehtiyatların yığılması və uzadılmış dəyişdirmə dövrləri kimi müxtəlif problemlərdən təsirləndiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, oktyabr ayındakı bu güclü artımdan sonra bazarın 2023-cü ilin dördüncü rübündə illik artım göstərməsi, daha sonra isə tədricən bərpa yoluna girəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram