Müəllif: Tamara Mustafayeva, Banco.az
Əsas ixracatçılardan tədarükün yüksək olması səbəbindən günəbaxan yağı istehsalının rekord qıracağı gözlənilir.
Banco.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, 2023-cü il məhsul ilində qlobal günəbaxan istehsalının 22 milyon metrik tona çatacağı gözlənilir.
Bu proqnoz özünü doğrultsa, 1960-cı ildən bəri ilk dəfə qlobal günəbaxan istehsalında rekord qırılacaq.
Məlum olduğu kimi, 2022-ci ildə Rusiya Ukraynanı işğal etdikdən sonra qlobal günəbaxan yağı ticarətində fasilələr yaranmış və qiymətlər pik həddə çatmışdı.
Günəbaxan yağının qiyməti son 2 ildə artdığı üçün qida istehsalçıları çipslərdən tutmuş peçenyelərə qədər bir çox məhsul reseptlərində dəyişiklik etməli olmuşdular.
Qiymətlərin bir ton üçün 2300 dolları ötdüyü müharibədən dərhal sonra Ukraynada fermerlər müharibə vaxtının məhsullarını gözlənildiyindən daha çox alıblar.
Xatırladaq ki, ötən il Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibə səbəbindən kənd təsərrüfatı istehsalının azalmasının idxal edən ölkələrdə ərzaq riski yaradacağını bəyan edərək yaxın gələcəkdə günəbaxan yağına alternativ olaraq soya, palma və kolza yağlarına keçid ehtimalını vurğulamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!