Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi nə qədər olub? | Banco.az

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi nə qədər olub?

Bu ilin birinci yarısında Azərbaycanda 26,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2%, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3% artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9%-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

ÜDM-in 54,1%-i iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36%-i sənayenin, 12,5%-i tikintinin, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5%-i isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-i təşkil edib.