Müəllif: Tamara Mustafayeva, Banco.az
Qətər İnvestisiya Təşkilatına məxsus “Qatar Holding” “Barclays”dəki 644 milyon dollarlıq payını satmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, sövdələşmə ingilis bankçılıq nəhəngi “Barclays”ın bazar ertəsi birjadakı bağlanış səhm qiymətinə təxminən 1,4 faiz endirimlə qiymətləndiriləcək.
Qeyd edək ki, səhm satışı “Barclays”in 2008-ci ildə Qətərin ilkin investisiyasından sonra yarıya qədər ucuzlaşan səhm qiymətini canlandırmaq istədiyi bir vaxta təsadüf edir.
“Barclays” rəsmiləri isə satışla bağlı şərh bildirmək istəməyiblər.
Xatırladaq ki, Qətər 2008-ci il maliyyə böhranı zamanı vergi ödəyicilərinin xilas edilməsinin qarşısını almağa kömək edən mübahisəli sövdələşmədə Britaniya bankına 4 milyard funt-sterlinq yarıtmaqlaq “Barclays”in ən böyük səhmdarı olmuşdu.
Bu il 1 milyard funt-sterlinqə qədər qənaət planı üzərində işləyən və bu səbəbdən də 2 minə yaxın əməkdaşı ilə yollarını ayırmağa hazırlaşan “Barclays” həmçinin Almaniyadakı istehlakçıların maliyyələşdirilməsi bölməsini tamamilə satmağa, kiçik biznes bölməsindəki səhmlərini təhvil verməyə hazırlaşır.
Bizi sosial şəbəkələrdən izləyin!!