“Qara Cümə Axşamı”-dan sonra Amerikalı bankirlər nə etdilər? | Banco.az

“Qara Cümə Axşamı”-dan sonra Amerikalı bankirlər nə etdilər?

1928 – ci ildə Amerikada yoxsulluğun qarşısının alınması ilə mövzusunda hər hansı bir ölkənin tarixində heç olmadığı qədər müvəffəqiyyətə yaxın olduqlarını bildirən prezident Herbert Clark Huverin sözünə edilən etimad bir il davam etdikdən sonra 24 oktyabr 1929 – cu ildə “Qara Cümə Axşamı” olaraq adlandırılan gündə Amerika tarixinin ən böyük hadisələrindən biri reallaşdı.

1929 – cu ildəki Birja iflası – səhm qiymətlərinin kütləvi aşağı düşməsi ilə başladı, bu hadisə 24 oktyabr 1929 – cu ildə baş verdi və tarixə “Qara cümə axşamı” adı ilə daxil oldu. İflas növbəti günlərdə də “Qara bazar ertəsi” (28 oktyabr) və “Qara çərşənbə axşamı” (29 oktyabr) davam etdi.

Bu birja iflası tarixdə həmçinin Uoll-Stritt iflası adı ilə daxil olub və Böyük depressiya illəri məhz bu məqamdan start götürür.

Bu hadisə nəticəsində işsiz insan sayı 13 000 000 nəfərə çatdı. Nyu Yorklu ailələrdən biri Central Park ərazisində yerləşən bir mağaraya köçdülər. Sent-Luis şəhərində qutulardan və metallardan düzəldilmiş daxmalarda 1000 nəfərdən çox insan yaşayırdı. İflasın təsirləri 1932 – ci ilə qədər davam etdi. Bu müddət ərzində sənaye istehsalı 45% - ə düşərkən, 5000 bank bağlandı. Bəs, hadisələr necə cərəyan etdi?

Müharibədən sonra radionun icad edilməsi və digər yeniliklərin təsiri ilə yaranan bolluq səbəbilə birja ilə bağlı həddindən artıq spekulyasiyalar yarandı və milyonlarla insan səhm almağa təşviq edildi. Orta təbəqənin nümayəndələri itirəcək çox şeyləri olmasına baxmayaraq bu sənədlərə külli miqdarda yatırım edirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Səhmləri almaq üçün lazım olan pulu əldə etmək məqsədilə həmin səhmlərin dəyərini zəmanət olaraq göstərdilər. Nəticədə iqtisadi köpük formalaşdı və 1929 – cu ilin oktyabr ayında 14 milyard dollar dəyərində səhm itkisi yaşandı. Bu təşvişin nəticəsində insanların səhmlərini təcili satmaq sürətinə Nyu York Fond Birjası çata bilmirdi.

Müəllifləri John lloyd və John mitchinson olan “The Second Book of General Ignorance” (2010) adlı kitabda qeyd edilənə görə, bu iqtisadi təşvişdən sonrakı bir neçə saat ərzində jurnalistlər Uoll-Stritdə gəzərək özlərini göydələnlərdən atan iflas etmiş sərmayəçilərlə bağlı xəbərləri lentə alırdılar.

Hətta sərmayəçilərdən 11 – nin özlərini çoxdan öldürdüyünü və Uoll-Stritdə göydələnlərdən birində işləyən bir şəxsin səhvən özünü atmaq istəyən bir sərmayəçi zənn edilməsi kimi xəbərlərin sadəcə dedi-qodu olması Nyu York Times tərəfindən bildirildi.

1920 – ci ildən sonrakı 10 il ərzində Nyu Yorkda yüksək binalardan atlayaraq intihar etmək müntəzəm hala çevrilmişdi. Bu vaxtlarda Nyu York Times xəbər agentliyinə yüzlərlə intihar təşəbbüsü haqqında xəbər verilmişdi, ancaq bunlardan təkcə ikisi birja iflası ilə bağlı idi və Uoll-Stritdə baş vermişdi.

Tamara Mustafayeva, Banco.az