“Qafqaz Lizinq” fövqəladə gəlirlər hesabına mənfəətə çıxıb | Banco.az

“Qafqaz Lizinq” fövqəladə gəlirlər hesabına mənfəətə çıxıb

“Qafqaz Lizinq” ASC 2018-ci ilin birinci yarısını 35 min 147 manat xalis mənfəətlə başa vurub.

ASC-nin yarımillik hesabatına istinadən xəbər verilir ki, cari ilin birinci yarısnda “Qafqaz Lizinq”in faiz gəlirləri 99 manat, əməliyyat gəlirləri 9 min 779 manat təşkil edib. ASC-nin əməliyyat xərcləri 81 min 565 manat təşkil etdiyindən 71 min 687 manat əməliyyat zərəri yaranıb. Lakin 106 min 834 manat fövqəladə gəlirlər hesabına “Qafqaz Lizinq” zərərini bağlayıb və əlavə  35 min 147 manat xalis mənfəət əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

"Qafqaz Lizinq", "NAB Holdinq"ə (50%) və "Metin Limitet"ə (50%) məxsusdur.


fed.az