Pulla xoşbəxtliyi satın almaq mümkündürmü? | Banco.az

Pulla xoşbəxtliyi satın almaq mümkündürmü?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pulun xoşbəxtliyi satın ala bilib-bilməməsi araşdırılıb.

Banco.az xəbər verir ki, əsrlər boyu verilən bu sual öz cavabını tapıb.

Belə ki, ABŞ-ın “Empower” tədqiqat şirkəti “Maliyyə Xoşbəxtliyi Hesabatı”nı dərc edib.

Sorğuda iştirak edən amerikalıların 60 faizi inanır ki, pul xoşbəxtliyi satın ala bilər. Müəyyən bir sərvət əldə etmək xoşbəxtliyin açarı kimi qəbul edilir.

Qeyd edək ki, sorğunun nəticələrinə görə, maddi xoşbəxtliyin dəyəri 1,2 milyon dollardır. Yəni bankda və ya seyfində bu qədər pulu olan insan xoşbəxt olacağına inanır.

Sorğuda iştirak edən 10 nəfərdən 7-si “Pul bütün problemləri həll edir” düşüncəsinə inanır. 

Amerikalıların yaxşı maaş gözləntiləri isə ildə orta hesabla 285 min dollardır. Y nəsli üçün bu gözlənti illik 500 min dolları keçir. Ən aşağı maaş gözləntisi isə illik 130 min dollarla X nəslinə aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Sorğu iştirakçıları xoşbəxtliyə aparan yol kimi vaxtında ödənilən hesabları, borcsuz yaşamağı və gündəlik dəbdəbəli xərcləri göstərirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram