Sərmayə qoyan və ya depozit gətirən əcnəbilərə bu ölkələrdə vətəndaşlıq haqqı təqdim edilir:
ABŞ-1 milyon dollarlıq şirkət quran və ya hökumət tərəfindən təyin olunan bölgələrə 500 min dollarlıq sərmayə qoyan iş adamlarına müddətsiz yaşama icazəsi verir. Beş il sonra da vətəndaşlıq gəlir.
Kanada-400 min dollarlıq sərmayə ilə birlikdə, 800 min dollarlıq sərvət istəyir.
Dominikan Respublikası-100 min dollar investisiyaya vətəndaşlıq haqqı verərkən, yoldaş və uşaq varsa, bu məbləğ 200 min dollara qalxır.
Uruqvay-Vətəndaşlıq üçün investisiya lazımlı deyil, ancaq adam başı aylıq gəlir 1200 dollar olmalıdır. Əvvəl müvəqqəti yaşayış, üç il sonra vətəndaşlıq verilir.
Sent-Kits və Nevis-Hökumət tərəfindən təsdiqlənən layihələrə 400 min ilə 1 milyon dollar arası investisiya etmək lazımdır.
Qvatemala-Beş illik dövlət istiqrazlarına ən az 50 min dollarlıq investisiya, vətəndaşlıq üçün kafi olur.
İngiltərə-Beş il müddətlə İngiltərə torpaqlarında 1 milyon sterlinq məbləğində investisiya edənlər vətəndaşlıq haqqı qazanır.
Avstriya-6-10 milyon Avroluq risk sərmayəsi investisiyası lazımdır. Qurumlara 2 milyon Avroluq ianə qarşılığında da vətəndaşlıq haqqı verilir.
Almaniya-Lazımlı olan minimum investisiya miqdarı 250 min avro olaraq təyin olunarkən, bu məbləğin Alman vətəndaşlarına məşğulluq yaratması lazımdır.
Ukrayna-Şirkət adına açılan bank hesabında 100 min dollarla sərhədsiz Qeydiyyat haqqı alınır.
Günel Abduraxmanova / Banco.az