Pul bazarı nədir? | Banco.az

Pul bazarı nədir?

Pul bazarı maliyyə alətlərinin yüksək likvidlik və qısa müddət üçün alınıb satıldığı bazardır. Maliyyə alətləri bazarın iştirakçıları tərəfindən borc alınır və verilir, belə ki, bu qiymətli kağızların müddəti bi gecədən bir ilə qədər olur.

Pul bazarının əsas alətləri avrodollar depozitləri, depozit sertifikatları, xəzinə biletləri, kommersiya qiymətli kağızları, bələdiyyə notları və repo razılaşmalarıdır.
Pul bazarı sövdələşmələri maliyyə institutlari, şirkətlər və fərdi şəxslər arasında bağlanır. Pul bazarı fiziki şəxslərə kiçik yatırımlar etmək üçün şərait yaradır.

Pul bazarı iştirakçılarına daxildir:

Banklar. Hansı ki, digər banklara və böyük şirkətlərə avrodepozit (eurocurrency) və müddətli depozitlər verir,

Ən sərfəli kredit üçün müraciət et

Şirkətlər, maliyyə vəsaitini kommersiya qiymətli kağızlarını satmaqla artırır,

Dövlət xəzinə istiqrazları satmaqla müvəqqəti vəsait cəlb edir. Buna bələdiyyə tərəfindən həyata keçirilən qısamüddətli qiymətli kağızların satışı da daxildir.

İnvestorlar, hansı ki, qısamüddətli yatırımlar həyata keçirir.

Pul bazarında borc verilən qiymətli kağızlardan investorlar qisamüddət ərzində gəlir əldə edirlər ki, bu gəlir də qiymətli kağızın dəyərinin müəyyən faizini təşkil edir. Yəni, qiymətli kağız əvvəlcə aşağı dəyərlə investorlara borc verilir, müddətin sonunda isə tam dəyəri ödənərək geri alınır.

Ən aşağı riskli pul bazarı aləti isə xəzinə istiqrazlarıdır, çünki müəssisənin iflas etmə təhlükəsi yoxdur.