Problemli kreditlərə ayrılan ehtiyatların payı artıb | Banco.az

Problemli kreditlərə ayrılan ehtiyatların payı artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının problemli kreditlərlə bağlı ayrılan ehtiyatların nisbəti 55%-ə çatıb. 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) şöbə müdiri Rüstəm Tahirov bildirib. 

R.Tahirov qeyd edib ki, Azərbaycanın bank sektoru üzrə bu nisbət gösyəricisi 2016-cı ilin ilk rübündə 39% , II rübdə 45%, III rübdə isə 56% olub. Problemli kreditlərin məcmu kredit portfelinə xüsusi çəkisi isə 2016-cı ilin yekununda 21% və ya 3,347 mlrd. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin ilk rübündə bank sektorunun aktivləri üzrə 61% olan dollarlaşma dərəcəsi, son rübdə 44%-ə enib. Eyni zamanda, öhdəliklər 72%-dən 67%-ə düşüb. Bu da onu göstərir ki, aktivlərlə passivlər arasında fərq və ya valyutada qısa mövqe hələ də xeyli yüksəkdir.

©Report