Pensiya artımları kimlərə şamil olunacaq? – İqtisadçı açıqladı | Banco.az

Pensiya artımları kimlərə şamil olunacaq? – İqtisadçı açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hər kəsi maraqlandıran suallardan biri də pensiyaların nə qədər artırılacağı və artımların kimləri əhatə edəcəyi ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 10 fevral 2023-ci il tarixli Sərəncamı əsasında ötən il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə 2022-ci ilin 1 yanvar tarixindən artırılıb. Hazırda da pensiyaların nə qədər artırılacağı mövzusu gündəmdədir.

Banco.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov bununla bağlı detalları açıqlayıb:

"İlkin gözlənti ondan ibarətdir ki, pensiyalarda 11 faiz artım qeydə alınacaq. Eyni zamanda pensiya həmin artımlar əmək pensiyası alan bütün vətəndaşlarımıza şamil olunacaq. Ona görə də əmək pensiyası alan istənilən vətəndaşımızın pensiyasında artımlar hesablanacaq. Nəzərə alsaq ki, artımlar 2023-cü ildəki orta aylıq əməkdakı artım faizinə uyğunlaşdırılır. Ona görə də gözlənilir ki, sərəncam fevral ayının əvvəllərində veriləcək və buna uyğun olaraq da pensiyalardakı artım hesablanacaq".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, artımlar yanvar ayından hesablanacaq: "Yanvar ayından etibarən artımların hesablanması reallaşacaq. Sadəcə yanvar ayının artımı fevralda nəzərdə tutulan artımla birlikdə ödəniləcək. Ona görə hər bir vətəndaşımız, xüsusən də əmək pensiyası alan hər bir vətəndaşımız məhz fevralın əvvəlində bu il üçün elan olunan indeksasiya rəqəminə uyğun olaraq öz əmək pensiyasındakı artımı hesablaya biləcək. Bu imkan verəcək ki, əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərində artımlar müşahidə olunsun".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram