PAŞA Sığorta şirkəti tenderdə qalib gəldi | Banco.az

PAŞA Sığorta şirkəti tenderdə qalib gəldi

PAŞA Sığorta şirkəti Dövlət Neft Fondunun Daşınmaz Əmlakın icbari və Daşınar Əmlakın könüllü sığortaları üzrə elan etdiyi  tenderdə qalib oldu. PAŞA Sığorta şirkətinin təqdim etdiyi təkliflər Dövlət Neft Fondunun tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilib. Dövlət Neft Fondunun  qiymət təklifi komissiyasının 7 mart 2016-cı il tarixli qərarına əsasən  şirkət qalib elan edilmişdir.

PAŞA Sığorta şirkəti sığorta xidmətləri bazarında özünü universal sığorta şirkəti kimi təqdim edir. Tenderdə qələbə şirkətin düzgün institusional inkişafının, həm iri korporativ müştərilər, həm də dövlət müəssisələri tərəfindən etibarının tam əksidir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeydedək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.«PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.