PAŞA Sığorta şirkətinin əməkdaşları 1-2 fevral tarixlərində “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində İB Club gənclər təşkilatı ilə birgə “Sığorta işinin əsasları və Korporativ İdarəetmə” mövzusunda təlimlərkeçirmişdilər. Qeyd edək ki, təlimlərdə İB club üzvü olan və olmayan 28 tələbə iştirak edib. Təlimlər Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibat mövzularını əhatə edib və PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilib.
Təlimin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olundu və aktivliyinə görə fərqlənən 3 iştirakçıya xüsusi hədiyyələr verildi.
Layihənin əsas məqsədi ölkəmizdə sığorta maarifləndirməsini artırmaqdan ibarətdir.
Şirkətdən aldığımız məlumata görə Sığortaçı Akademiyası layihəsi çərçivəsində fərqli qurumlarda, universitetlərdə bu kimi təlimlərin keçirilməsi planlanır.
Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 32 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.