“PAŞA Sığorta” ASC namizədləri Korporativ Maliyyə üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
- Aylıq korporativ hesabatların və Şirkətin Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;
- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
- Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.
- Departamentlər tərəfindən təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək və son məlumatları konsolidə etmək;
- Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq;
- Departamentlərə müxtəlif planlama və proqnoz işləri üçün zəruriyyət yarandıqda məlumat dəstəyi göstərmək;
- Prosesin müasir tələb və üsullara uyğunluğu və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif təşəbbüslər irəli sürmək.
- Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
- Aylıq olaraq xərclərin səmərəliliyini və məqsədyönlü olmasını təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
- Xərc və gəlirlərin təhlil mərkəzləri üzrə bölüşdürülməsi isitqamətində işlər aparmaq;
- Təkrar ödənişlərin qarşısının alınması məqsədilə nəzarətedici kimi çıxış etmək.
Bilik və bacarıqlar:
- Maliyyə istiqamətində ali təhsil;
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyəsi.
- ACCA, CİMA sertifikatlarına malik olan və kənar audit (Big four) şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Son müraciət tarixi: 31 Yanvar, 2017.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.