Paşa Kapital rəqibləri üçün əlçatmaz oldu | Banco.az

Paşa Kapital rəqibləri üçün əlçatmaz oldu

Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, avqust ayında Paşa Kapital (156 mln manat) brokerlərin renkinqinə başçılıq edir. O digər rəqibərini isə ən az 12 dəfə qabaqlayaraq, əlçatmaz mövqedə dayanıb. Növbəti ilk iki yerdə AzFinance Invest (13  mln) və Brokdil-AZ (8  mln) qərarlaşıb. Unicapital isə təxminən 7 milyon manatla siyahıda 4-cü gəlir.

Texnika Kapital Menecment  isə 5.5 mln manatlıq əqd bağlayaraq növbəti pilləyə sahiblənib. YapıKredi İnvest və Xalq Kapitalın əməliyyatlarının həcmi təxminən bərabər olub.

Xalq Kapital isə 1mln manatdan dəyərində əməliyyat apararq, siyahıda sonuncu yeri tutub.

Xidmətlərin həcminə görə brokerlərin reytinqi (avqust, 2015)

Mövqe 
 

Brokerlər

Əməliyyatların həcmi (AZN)

1

Pasha Capital

156 750 109,13

2

AzFinance Invest

13 144 713,80

3

Brokdil-Az

8 676 865,50

4

Unicapital

6 957 741,20

5

Tekhnika Capital Management

5 535 385,00

6

YapıKredi İnvest

3 044 055,00

7

Xalg Capital

3 035 275,50

8

Chelsea Capital

12 427,10

Ən sərfəli kredit üçün müraciət et